Kiyevdə 2 Azərbaycan vətəndaşı həbs olunub - FOTO


Ukraynanın paytaxtı Kiyevdə iki Azərbaycan vətəndaşı həbs olunub.
Kiyevin Svyatoşinskiy rayon polisi 1985-ci il təvəllüdlü İbrahimov İlqarı və 1980-ci il təvəllüdlü Məlikzadə Təvəkkülü saxlayıb.
Rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 2 aylıq həbs qətimkan tədbiri seçib.
Saxlanılmaya səbəb Ukrayna vətəndaşı Y.K. (qadın) tərəfindən qarət və insanlara hücumla bağlı verdiyi izahat səbəb olub. //report.az

DİGƏR XƏBƏRLƏR

Top