YAP Gənclər Birliyinin yeni sədri Bəxtiyar İslamov kimdir? – DOSYE + FOTOLAR


Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvü Bəxtiyar İslamov Birliyə yeni sədr təyin olunub.
Yeniavaz.com
 xəbər verir ki, Bəxtiyar İslamov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (“ASAN Xidmət”) çalışır.
Bəxtiyar Qabil oğlu İslamov 31 avqust 1995-ci ildə anadan olub.
2001-2012-ci illərdə Bakı şəhəri, Nəsimi rayon 42 saylı orta məktəbində təhsil alıb.
2012-i ildə ADA Universitetinin Biznesin İdarə Edilməsi fakültəsinə daxil olub. Hal-hazırda bakalavr təhsilini davam etdirir.
2014-cü ildə Avstriyanın Vyana şəhərində Vyana Diplomatik Akademiyasında Beynəlxalq İqtisadiyyat üzrə mühazirələrdə iştirak etmişdir.
2014-cü ildə Macarıstanın Budapeşt şəhərində Corvinus Universitetində İqtisadi Əməkdaşlıq üzrə mühazirələrdə iştirak etmişdir.
2014-cü ilin yanvar ayından noyabr ayınadək “ADA Student Government”də ictimai əlaqələr departamentinə rəhbərlik etmişdir.
2014-cü ilin fevral və mart aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışmış və 1-ci dərəcə ilə fəaliyyətini başa vurub.
2014-cü ilin iyul və avqust aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İqtisadi Əməkdaşlıq və İnkişaf idarəsində təcrübə keçmiş və təcrübəsini yüksək dərəcə ilə tamamlayıb.
2015-ci ildə Bakı şəhərində keçirilən 1-ci Avropa Oyunlarının Əməliyyat Komitəsində Supervayzer kimi çalışıb.
2014-cü ilin sentyabr ayında “ASAN Könüllüləri” Təşkilatında Təlim sektoru üzrə Koordinator fəalliyyətinə başlayıb.
2014-cü ilin oktyabr ayından “ASAN Könüllüləri” Təşkilatının Könüllülərlə İş departamentinin rəhbəri vəzifəsində çalışıb.
"ASAN Könüllüləri" Təşkilatınının Beynəlxalq Əlaqələr və Təşkilatlarla İş departamentinin rəhbəri vəzifəsində çalışıb.
İngilis və İtalyan dillərini bilir
Qeyd edək ki, YAP Gənclər Birliyinin əvvəlki sədri hazırda Ağstafa rayon İcra hakimiyyətinin başçısı olan Seymur Orucov olub. Seymur Orucov Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş millət vəkili Şəmsəddin Hacıyevin kürəkəni, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin isə bacısının oğludur.

DİGƏR XƏBƏRLƏR

Top