Xanım ralli çempionu "Porsche" nümayəndəsini heyrətləndirdi - VİDEO


Türkiyənin ən gənc qadın ralli çempionu Burcu Burkut Erenkul sürücülər arasında cinsi ayrı-seçkiliyə diqqət çəkmək üçün maraqlı layihə həyata keçirib. 
Yeniavaz.com
xəbər verir ki, layihə çərçivəsində “Porsche” ilə əməkdaşlıq edən Erenkul sözügedən firmanın filiallarının birində gizli çəkiliş aparıb. O, “Porsche” avtomobillərinin satıldığı ofisə gələrək kişi satış məsləhətçisi ilə test sürüşü həyata keçirib. İlkin olaraq təcrübəsiz bir sürücü təəssüratı yaradan xanım pilot yanında əyləşən məsləhətçinin reaksiyasını lentə alıb.
Erenkul “Porsche” avtomobilini idarə etdiyi ilk dəqiqələrdə naşı bir sürücü kimi hərəkət etsə də daha sonra bacarıqlarını nümayiş etdirib. Avtomobilin içinə yerləşdirən gizli kameralar həmin maraqlı anları lentə alıb.

DİGƏR XƏBƏRLƏR

Top