Litva Rusiya ilə sərhəddə divar tikəcək

Litvanın 2017-ci il dövlət büdcəsi Rusiyanın Kalininqrad bölgəsi ilə sərhəddə divarın tikintisini nəzərdə tutur. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, indiyədək Litvanın dövlət sərhədi və Kalininqrad bölgəsi yalnız xüsusi işarələr və 13 metrlik nəzarət xətti ilə işarələnib. Litvanın daxili işlər naziri Eymutis Misyunas bildirib ki, divarın çəkilməsinə 3,6 milyon avro vəsait ayrılıb. Onun sözlərinə görə, divarın ətrafında sərhədə nəzarət üzrə müasir müşahidə sistemi yerləşdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top