Myanmada hələ də davam edən etirazlar vaxtı bir katolik rahibənin polislərin qarşında diz çökmüş şəkli qısa bir zamanda sosial şəbəkədə gündəmə çevrilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Enn Rouz Nu Taunq adlı rahibə həmin vaxt "Sizə yalvarıram, uşaqları vurmayın, məni vurun" deyərək polislərdən uşaqlara toxunmamalarını xahiş edib.
Rahibə hadisə ilə bağlı xəbər agentliklərindən birinə danışarkən həmin anları belə xatırlayıb:
“Polis uşaqları qovmağa başlayanda onlar təlaşla qaçdılar. Onlara görə narahat olduğum üçün polislərin qarşısında diz çökdüm”.
Qeyd edək ki, sözügedən rahibə bu hərəkətindən sonra Myanma etirazlarının simvoluna çevrilib.