Qanunsuz yolla 1 milyon manatdan çox kredit götürməkdə təqsirləndirilən iş adamı bəraət alıb


Bakıda vəzifə səlahiyyətini aşmaqda və qanunsuz kredit götürməkdə təqsirləndirilən “İ-Qafqaz” şirkətinin direktoru və təsisçisi İsmayıl Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə apa-ya təqsirləndirilən şəxsin vəkili Elvin Səlimov məlumat verib.

Vəkil bildirib ki, Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Maqsudov barəsində olan ittiham məhkəmə istintaqında öz təsdiqini tapmadağından təqsirləndirilən şəxsə bəraət verilib.

Qeyd edək ki, iş adamı “Bank of Azerbaycan”dan 1 milyon 250 min manat qanunsuz kredit götürməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 195.2-ci və 308-ci maddələri ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top