YAP-da Qadınlar Şurasının əvəzinə yeni şöbə yaradılıb


Yeni Azərbaycan Partiyasında (YAP) yeni şöbə yaradılıb.

Yeniavaz.com xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, partiyanın Qadınlar Şurasının əvəzinə Mərkəzi Aparatda Gender siyasəti şöbəsi yaradılıb.

Yeni şöbə Qadınlar Şurasının fəaliyyətini həyata keçirəcək.

Qeyd edək ki, YAP-ın Qadınlar Şurası sonuncu qurultayda ləğv edilib. Partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.

YAP-ın VII qurultayı martın 5-də keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top