Ağstafa İcra Hakimiyyətindən qazinin narazılığı ilə bağlı AÇIQLAMA


Vətən müharibəsi qazisi, Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini Nəzirli Bəhram Hüseynəli oğlunun Ağstafa Rayon İcra Hakimiyyətinin laqeydliyindən və məşğulluq proqramı çərçivəsində ona təsərrüfatın yaradılmamasından narazılığı barədə xəbər vermişdik.
Məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-a verilən məlumata əsasən qazi ilə görüş olub və onun müraciətinə baxılıb: "Qazinin məşğulluq idarəsinə etdiyi müraciətə baxılıb. Məşğulluq mərkəzinin əməkdaşı dünən qazinin evində olub, təsərrüfatlarına baxış keçirib. Qazimiz özünüməşğulluq proqramında növbəyə götürülüb və bu barədə özünə məlumat verilib. Avqust-sentyabr ayından başlanılaraq onlara fərdi təsərrüfat yaradılacaq”.
Xatırladaq ki, N. Bəhram Vətən müharibəsi zamanı aldığı yaralardan əmək qabiliyyətini itirdiyi üçün, ona fərdi təsərrüfatın yaradılmasını istəyirdi.
Qeyd edək ki, B. Nəzirli 2020-ci il oktyabrın 26-da könüllü olaraq ordu sıralarına qoşulub və noyabrın 7-də Şuşada yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top