Polkovnik vəzifəsindən azad edildi


Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbərliyində dəyişiklik edilib.

Yeniavaz.com xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, MOİK-in rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, həmin vəzifənin icrası müvəqqəti olaraq polkovnik-leytenant Mənsur Nəcəfova həvalə edilib.

Xatırladaq ki, Elxan Məcidov MOİK-ə 2019-cu ildən rəhbərlik edirdi.

DİGƏR XƏBƏRLƏR

Top