DSMF ofis üçün Qaze Həsənovaya 556 min manat ödəyəcək


"Dövlət Sosial Müdafiə Fondu" (DSMF) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. 
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən bildirir ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Həsənova Qaze Həsən qızı (VÖEN- 1600110362) olub. 
DSMF Həsənova Qaze Həsən qızından Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsini icarəyə götürəcək. İcarəyə götürüləcək ofisin ümumi sahəsi 3000 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya bir illik icarə haqqı olaraq 556 min 200 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay  46 min 350 manat ödəyəcək. Nəticədə icarəyə götürülən ofis sahəsinin 1 kv. metrin icarə qiyməti illik 185 manata, aylıq isə 15 manata bərabər olacaq. 
Qeyd edək ki, DSMF 4 ay əvvəl Qaze Həsənova ilə 993 min 600 manat dəyərində daha bir icarə müaviləsi bağlayıb.

DİGƏR XƏBƏRLƏR

Top