Hulusi Akar “29-cu ilində Xocalı Soyqırımı” sərgisinin açılışını edib - VİDEO


Türkiyənin Müdafiə naziri Hulusi Akar İstanbulda Mərkəzi Zabitlər Evində “29-cu ilində Xocalı Soyqırımı” adlı foto sərginin açılış mərasimində iştirak edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə keçirilən sərgidə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları Komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri Komandan Adnan Özbal, Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Həsən Küçükakyüz də iştirak edib. Hulus Akar sərgidə çıxışı zamanı,“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Azərbaycan türkü qardaşlarımızın acısını ürəyimizdə yaşamağa davam edirik”-deyə bildirib.
 


 

DİGƏR XƏBƏRLƏR

Top