Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədr seçilib.
Bu barədə YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verilib.
O bildirib ki, bu gün Gənclər Birliyinin iclası keçirilib və Bəxtiyar İslamov sədr seçilib:
"Həmçinin biriliyin fəaliyyət istiqamətləri yeniliklər edilib".
B.İslamov “ASAN Könüllüləri” Təşkilatının sədridir.
İndiyədək partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov idi. O, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.
***12:08
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin strukturu dəyişdirilir.
Yeniavaz.com xəbər verir ki, "Report"un əldə etdiyi məlumatına görə, bu barədə qərar partiyanın VII növbədənkənar qurultayında qərar qəbul edilib.
Qurultay zamanı partiyada edilən yeniliklər gənclər birliyini də əhatə edib.
Bildirilib ki, gənclər birliyinin strukturu, fəaliyyət forması ilə bağlı müzakirələr aparılır. Müzakirələrdən sonra gənclər birliyinin hansı formada fəaliyyət göstərəcəyi məlum olacaq.
Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib. Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucovdur. O, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.