ABŞ-ın Xarici İşlər naziri Antoni Blinken ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində Konqres üzvlərinin iclası vaxtı Türkiyə ilə bağlı məsələlərə toxunub.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri son vaxtlar Türkiyənin Avropa İttifaqı və digər ölkələrlə aralarında yaranan müsbət dialoqlara toxunub:
“Son həftələr müsbət dəyişikliklərdən biri bölgədəki gərginliyin azalması oldu. Türkiyə yola daha səmərəli şəkildə davam etmək üçün Aİ ilə və digər tərəflərlə dialoqa girdi. Biz bunu dəstəkləyirik. Prosesin bu formada davam etməsi üçün biz də köməkliyimizi göstərməyə davam edəcəyik".
Qeyd edək ki, iclasda əsasən İran, Rusiya, Çin və Səudiyyə Ərəbistanla bağlı məsələlər konqresmənlərin nəzərinə çatdırılıb.