Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən Ermənistanda sorğu keçirilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyilə keçirilən sorğuda vətəndaşlardan “Bu bazar seçki olsa kimə səs verərdiniz?” soruşulub.
Sorğuda iştirak edənlərin 42%-i “heç kimə səs vermərəm” cavabını verib.
Keçirilən sorğunun nəticələri aşağıdakı kimi olub:
33% – Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına
3% – Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına
2% – Sabiq president Robert Köçəryana
1% – Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublikaçılar partiyası”na
1% – “Daşnaksütun” partiyasına
1% – Vazgen Manukyanın ətrafında birləşən 17 müxalifət partiyasına
1% – “Sasna Tsrer” partiyasına – 1%
1%-dən az – “İşıqlı Ermənistan” partiyasına
12% isə “Bilmirəm” cavabını verib.