Türkiyədə bu günə qədər koronavirusun yeni ştamına yoluxanların sayı açıqlandı


"Türkiyədə bu günə qədər 41 mindən çox insan koronavirusun “ingilis ştamı”na yoluxub".
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca deyib. Nazirin sözlərinə görə,  yoluxma halları Türkiyənin 76 əyalətində qeydə alınıb:
“76 əyalətdə 41 min 488 nəfər koronavirusun “ingilis ştamı”na, 9 əyalətdə isə 61 “Cənubi Afrika ştamı”na yoluxma hadisəsi baş verib”. 
Qeyd edək ki, Türkiyədə bu günə qədər 2 milyon 821 min 943 nəfər COVİD-19-a yoluxub, 29 min 227 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top