Gəncədə qaçırılan qız tapıldı


Gəncə şəhərində evlənmək məqsədi ilə qaçırılan qız tapılıb.


Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin (RPİ) birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini, 1991-ci il təvəllüdlü Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan 2000-ci il təvəllüdlü G.Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top