Petrosyan Koçaryana "Sən erməni deyilsən" deyib, Koçaryan da təsdiqləyib - VİDEO


Sosial şəbəkələrdə Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryan arasında Koçaryanın etnik kimliyi ilə bağlı maraqlı dialoqun video görüntüsü yayılıb.
Yeniavaz.com xəbər verir ki, videonun 1990-cı illərdə lentə alındığı bildirilir.
Sabiq prezidentlər arasında baş tutan qısa dialoqda Levon Ter-Petrosyan Robert Koçaryandan “Deyirlər sən hay (erməni) deyilsən, bu doğrudur?”, - deyə soruşur. Robert Koçaryan isə gülərək “Hə, doğrudur, mən albanam”, - deyə cavab verir.
Məlumat üçün bildirək ki, Ermənistanda Dağlıq Qarabağda anadan olan olan ermənilər haqqında “şurdvas” (dönmə) ifadəsini işlədirlər. Son 200 ildə Suriya, Livan və İrandan indiki Ermənistan ərazisinə köçürülən ermənilər iddia edirlər ki, Qarabağ erməniəri sonradan erməniləşmiş alban tayfalarından birinə məxsus olublar. Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın hər ikisi Qarabağda anadan olduqları üçün onların rəhbərlik etdiyi hökumət “Qarabağ klanı” adlandırılıb.
Qeyd edək ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın (1945-ci ildə Hələb şəhərində anadan olub) ailəsi də Suriydan bu ölkəyə köçüblər.

DİGƏR XƏBƏRLƏR

Top