Yevlaxda zəncirvari qəza baş verib - FOTO


Yevlaxda zəncirvari qəza baş verib.

Yeniavaz.com xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Dönmə əməliyyat edən taksi fəaliyyəti ilə məşğul olan minik maşını qəzaya səbəb olub. Qəfildən yola çıxan sürücü yük maşınlarını çaşdırıb. Türkiyə vətəndaşı olan Fəzili İlhan yola çıxan maşına çırpılmamaq üçün avtomobili yolun digər tərəfinə çəkib. Bu zaman başqa bir yük maşını ona, minik maşını da həmin yük maşına dəyib
Qeyd edək ki, hadisə zamanı yolda avtomobillərin gediş-gəlişində müəyyən çətinlik yaranıb. Yük maşınları ərazidən götürülərək magistralda hərəkət bərpa edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top