Goranboyda it sahibinə hücum edib.
Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Şahməmmədli kəndində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü kənd sakini Quliyev Elməddin Vəli oğlu gözlənilmədən öz həyətində saxladığı itin hücumuna məruz qalıb. Gəncin əlini və hər iki bazu said nahiylələrini it dişləyib. Yaralıya xəstəxanada zəruri tibbi yardım edilərək quduzluq əleyhinə vaksin vurulub. Qeyd edək ki, itin sahibinə qarşı qəfil aqressivliyinin səbəbi məlum deyil.
Esmira Hidayətova, Goranboy