Səfir: Tramp Aİ-nin dağılmasını dəstəkləyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması fonunda ittifaqın dağılmasını dəstəkləyir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Aİ-dəki səfiri Entoni Qardner deyib. O, D. Trampın keçid komandasının yüksək vəzifəli üzvlərinin avropalı məmurlarla təması ilə bağlı danışarkən bildirib: “Məsələ ilə bağlı sual verildi: Aİ-dən çıxacaq növbəti ölkə hansıdır?. Bu, regionun hissələrə bölünəcəyi fikrini gətirir”. Xatırladaq ki, D. Tramp seçkiqabağı kampaniyası zamanı Britaniyanın Aİ-dən çıxmasını alqışlamışdı və bəyan etmişdi ki, britaniyalılar bütün ölkə üzərində nəzarəti özlərinə qaytarıblar.

DİGƏR XƏBƏRLƏR

Top