Vətən müharibəsi qazisi qəzaya düşdü


Biləsuvar-Bəhramtəpə avtomagistralının Səmədabad kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan minik maşını idarəetməni itirərək, yol kənarındakı mağazaya çırpılıb.

İlkin məlumata görə, qəzaya yük maşınının qəflətən minik avtomilinin hərəkət zolağına çıxması səbəb olub.

Qəzada ciddi bədən xəsarətləri alan “Mercedes” markalı minik avtomobilinin sürücüsü, İsmətli kənd sakini, 1989-cu il təvəllüdlü İbayev Vüsal Mirzəxan oğlu və sərnişinlərindən İsmətli kənd sakini İbayev Vüqar Əliheydər oğlu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkim nəzarətindədirlər.

Qeyd edək ki, Vüsal İbayev Vətən müharibəsi qazisidir.//Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top