Yasamal rayonunda gənc qızı avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bəhramova Albina Ruslan qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.//report

DİGƏR XƏBƏRLƏR

Top