ADU-nun professoru vəfat etdi

Azərbaycan Dillər Universitetinin professoru vəfat edib.

Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor 68 yaşlı Gülnar Hüseynzadə bu gün həyatını itirib.

Gülnar Hüseynzadə 13 may 1953-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1960-1970-ci illərdə Bakı şəhərində 23 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili bölməsinə qəbul olub və 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Gülnar Hüseynzadə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik şurasının Avropa dilləri və ədəbiyyat bölməsinin, Təhsil problemləri institutunun pedaqogika və psixologiya problemləri üzrə Elmi Şurasının, ADU-nun Elmi Şurasının, ADU-nun nəzdində doktorluq dissertasiyası Şurasının, ADU-nun nəşri olan “Elmi əsərlər”in idarə heyətinin üzvü olub.

DİGƏR XƏBƏRLƏR

Top