Ermənistanda daha bir qalmaqal - Bu dəfə sürücülük vəsiqəsinə Azərbaycan sözü yazdılar


Ermənistanın Tavuş bölgəsinin Paravakar kəndində yaşayan şəxsə verilən sürücülük vəsiqəsində onun doğum yeri kimi Azərbaycan göstərilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat və sürücülük vəsiqəsinin fotosu sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Paravakar kəndi Azərbaycanın Ağstafa rayonu ilə sərhəddə yerləşdiyi üçün ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Hətta sosial şəbəkələrdə bu kəndin də Azərbaycana verildiyi barədə iddialar səsləndirilib.
Məsələ ilə bağlı Ermənistanın müvafiq qurumları rəsmi açıqlma verməyib. Lakin, sosial şəbəkələrdə məsələyə fərqli münasibətlər var. Bəzi sosial şəbəkə istifadəçiləri sürücülük vəsiqəsi sahibinin 1977-ci ildə Azərbaycan SSR-də doğula biləcəyini əsas gətirərək bu cür yazılışın doğru olduğunu yazıb. Bəziləri isə bunun texniki xəta olduğunu bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top