UNİCEF-in İrəvandakı nümayəndəsi Azərbaycanın casusu olub - Erməni KİV


Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin tələbindən sonra bu ölkənin Xarici İşlər nazirliyi UNİCEF-in İrəvandakı ofisinin rəhbəri Marin Klark-Hattinqin ölkədən qovulması haqqında qərar qəbul edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Xarici İşlər Nazirliyi Klark-Hattinqin hansı səbəbdən ölkədən qovulduğunu açıqlamasa da, onun öz işlərinə aid olmayan işlərlə məşğul olduğunu qeyd olunub.
Məlumat üçün bildirək ki, Ermənistanın “Mediaport” kanalı UNİCEF-in Ermənistan nümayəndəsinin Azərbaycan və Böyük Britaniya kəşfiyyatının xeyrinə casusluq etdiyini yayıb.
Qeyd edək ki, bu gün BMT-nin sözçüsü Stefan Dujarrik də məsələyə münasibət bildirib. BMT rəsmisi deyib ki, Marin Klark-Hattinqə qarşı casusluq ittihamları əsassızdır, mən onu tamamilə müdafiə edirəm: "O, əvvəllər UNICEF qərargahında çalışıb. Malayziya, Somali, Gine, Benin və Madaqaskar kimi ölkələrdə başqa vəzifələrdə çalışıb. Yüksək ixtisaslı, yüksək təcrübəli və fədakar bir mütəxəssisdir".

 

DİGƏR XƏBƏRLƏR

Top