Rusiya ölkə daxilində “twitter”in sürətini 50 faiz azaltdı - SƏBƏB


Rusiyanın “Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidməti (Roskomnadzor) “twitter”lə bağlı yeni qərar qəbul edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, sürətin azaldılması sadəcə foto və video məzmununa aiddir. İstifadəçilər tviterin mesajlaşma xüsusiyyətlərindən əvvəlki şəkildə istifadə edə biləcəklər. “Roskomnadzor”dan verilən məlumatda deyilir:
“Bu gündən etibarən tviterin iş sürəti 100 faizdən 50 faizə endirilir. Yeni mexanizm sosial şəbəkə istifadəçiləri üçün narahatlığı minimuma endirmək məqsədi daşıyır”. 
Qeyd edək ki, Rusiya tviterin bir çox qanunları pozması və bununla bağlı göndərilən sorğuya müsbət cavab verməməsi səbəbilə bu cür addım atıb. 
“Roskomnadzor” martın birində tviterin 2017-ci ildən bəri qadağan olunmuş informasiyalar daşıyan 2862 materialı silmədiyini açıqlamışdı. Bu səbəblə tviter rəhbərliyinə qadağan edilmiş məlumatları olan materialların silinməsi üçün 28 mindən çox müraciət göndərilib. Ancaq bununla bağlı müsbət cavab alınmayıb. Rusiya həmçinin bildirib ki, tviterdə icazəsiz mitinqə çağırışla bağlı məlumatlar da yerləşdilir. Bu isə qanuna zidd haldır.

DİGƏR XƏBƏRLƏR

Top