İraq Mosulun cənub-şərqinə nəzarəti ələ keçirib

İraq ordusu Mosulun cənub-şərqindəki yaşayış məntəqələrinin hamısına nəzarəti ələ keçirib. “Hürriyet” xəbər verir ki, bunu Mosul əməliyyatı üzrə komandir Abduləmir Yarullah İraq dövlət televiziyasına bildirib: "Federal Polis Qüvvələri, koalisiya qüvvələri və İraq təyyarələrinin hava dəstəyi ilə Mosulun bütün cənub-şərq bölgələrində nəzarət təmin olunub". Qeyd edək ki, Mosulun cənub-şərqi Fələstin, Somar, Domiz, Vahde, Miask, Selam, Yarımca və Şərqi Yarımca bölgələrindən ibarətdir.Report

DİGƏR XƏBƏRLƏR

Top