Sumqayıtda qatarla sərnişin avtobusu toqquşdu - bir nəfər arada qalıb öldü - YENİLƏNİB


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu gün Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən hadisə ilə bağlı açıqlama verib.

Yeniavaz.com-un xəbərinə görə, qurumdan bildirilib ki, saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib.

"Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək. ADY adından M.Abdullayevə Allahdan rəhmət, ailəsinə səbr diləyirik!", - deyə açıqlamada qeyd olunub.


***15:29
Sumqayıtda yük qatarı ilə sərnişin avtobusu toqquşub.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, nizamlayıcı işləyən 1972-ci il təvəllüdlü Abdullayev Murtuz Aleksandroviç qatarla avtobus arasında qalaraq ölüb.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top