Qarabağda quruculuq işlərinə görə Macarıstan şirkətlərinə kredit xətti açıldı


Eximbank" tərəfindən Macarıstanın 7 şirkətinə Qarabağda quruculuq işlərinin aparılmasına 100 mln. ABŞ dolları məbləğində kredit xətti açılıb.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bank daxilində artıq qərar verilib ki, növbəti kredit xətti də açılsın: "Artıq maliyyə imkanları "Eximbank" tərəfindən təmin olunur və mən inanıram ki, həqiqətən də bu, Macarıstan şirkətlərinin Azərbaycanda rəqabətini də artıracaq". (APA)

 

DİGƏR XƏBƏRLƏR

Top