Paşinyan yeni baş qərargah rəisi barədə fərman imzaladı


Ermənistanın baş naziri Nikol Paşinyan Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi barədə fərman imzalayıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib. Müvafiq sənəd təsdiqlənməsi üçün prezident Armen Sarkisyana göndərilib. 
Qeyd edək ki, Artak Davtyan Ermənistan Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisidir. O, 2020-ci ildə koronavirus pandemiyası dövründə karantin qaydalarını pozaraq evində təşkil etdiyi əyləncə məclisi ifşa edildikdən sonra tutduğu vəzifədən istefa vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top