Slovakiyada etirazçılar baş nazirin mobil nömrəsini "facebook"da paylaşdılar


Slovakiyada yeni növ koronavirus peyvəndi "Sputnik V"ni istəməyən bir qrup şəxs ölkənin baş naziri İqor Matoviçin mobil telefon nömrəsini sosial şəbəkədə paylaşıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Slovakiya” radiosu məlumat yayıb. Bildirilib ki, bir qrup naməlum şəxs Slovakiya baş naziri İqor Matoviçin mobil telefon nömrəsini təhqiramiz sözlərlə “facebook”da paylaşdılar. Onlar “Sputnik V”nin Avropa İttifaqında qeydiyyata alınmadan Slovakiyada istifadəsinə etiraz əlaməti olaraq belə bir addım atdıqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top