Paşinyanın orta məktəbdə çəkilən bu görüntüləri sərt tənqid edildi - FOTO


Ermənistanın baş naziri Nikol Paşinyanın orta məktəbi ziyarət edərkən çəkilən görüntüləri tənqid edilib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan Ermənistanda orta məktəblərdən birini ziyarət edərkən silahlı mühafizəçiləri onu müşayiət edərək azyaşlı uşaqların oturduğu sinif otaqlarına daxil olublar. Təhlükəsizlik işçilərinin nə üçün dəhlizdə gözləmədikləri və sinif otağında belə Paşinyanı tək buraxmadıqları diqqətdən qaçmayıb. Ermənistanda isə bu görüntülər sərt tənqid edilib. Çox sayda erməni bu görüntülərə etiraz edərək bildirib ki, Paşinyanın mühafizəçilərinin azyaşlı uşaqların yanına silahla daxil olması qəbuledilməzdir.

DİGƏR XƏBƏRLƏR

Top