Daha bir məktəb koronavirusa görə bağlandı


Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə martın 9-dan dərslərin distant formada keçirilməsi qərara alınıb. 

Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır. Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Əldə edilən məlumata görə, məktəbin direktoru və direktor müavini COVİD-19 virusuna tutulub. Məktəb direktoru hazırda Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alır.

DİGƏR XƏBƏRLƏR

Top