"Bayraktar" Rusiya istehsalı olan ən güclü raket komplekslərindən birini bombaladı


Türkiyəninin pilotsuz uçuş aparatı “Bayraktar” Suriyada “Pantsir-C1” zenit raket silah kompleksini bombalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “lenta.ru” məlumat yayıb. Bildirilib ki, eyni anda 20 "Bayraktar" Suriya ordusunda istifadə olunan Rusiya istehsalı “Pantsir-C1” zenit raket kompleksini (ZRPK) bombalayıb. Bir neçə bombanın tuş gəldiyi raket kompleksi zədələnib. 
Bəzi hərbi mütəxəssislər "Pantsir-C1"in "Bayraktar" tərəfindən vurulmasını raket kompleksini idarə edən suriyalı hərbçilərin səhvi ilə əlaqələndirib. Onların sözlərinə görə, mütəxəssislər “Pantsir-C1”i yaxşı idarə etsəydi “Bayraktarı” vura bilərdi. 
Hadisənin nə vaxt yaşandığı barədə isə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top