Putinlə Kremldə gecə vaxtı pandemiyadan danışan dostunun kimliyi bilindi - FOTO


Rusiya prezidenti Vladimir Putinlə Kremldə pandemiyadan danışan tanışının kim olduğu ortaya çıxıb.
Yeniavaz.com
"lenta.ru"ya istinadla xəbər verir ki, həmin şəxs Fransanın keçmiş baş naziri Francois Fillondur. Yayılan məlumatlara görə, Putin Fillonla baş nazir olduğu 2007-2012-ci illər arasında əməkdaşlıq etdiyi vaxtlardan dosluq münasibətləri qurub. 
Xatırladaq ki, bir neçə gün əvvəl Putin gec saatlarda Kremldə tanışlarından biri ilə görüşdə koronavirus pandemiyası ilə bağlı müzakirə apardığını bildirmişdi. Söhbət zamanı dostunun “Moskvaya gəldiyimdə çox təəccübləndim. Moskvada həyat davam edir. Bizim də böyük şəhərlərimiz var ancaq, küçələrdə avtomobillər nadir hallarda görünür. Demək olar ki, bütün obyektlər bağlıdır. İnsanlar küçələrə çıxmır" - dediyini vurğulamışdı. Bu hadisədən sonra media orqanları Putinin dostunun kim olduğu ilə maraqlansa da bununla bağlı məlumat əldə edə bilməmişdi. Peskov isə bu barədə, "Putinin şəxsi görüşüdür, bu səbəblə həmin şəxsin kim olduğundan xəbərim yoxdur” - deyə bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top