Sevgilisi tərəfindən yandırılan oğlanın anası danışdı - TƏFƏRRÜAT + VİDEO

Bərdə rayonunda sevgilisi tərəfindən yandırılan oğlandan xəbər var.

Yeniavaz.com xəbər verir ki, 1996-cı il təvəllüdlü Əliəhəd Eyvazovun üzərinə kimyəvi maye tökülərək yandırılması ilə bağlı zərərçəkənin anası Sevil Eyvazova Baku TV-yə danışıb.

S.Eyvazova bildirib ki, oğlu bərdəli qızla 2-3 il olar ki sevgili olub:

“Mən özüm də Bərdədə qızgilin ailəsində olmuşam. Onlara da bildirmişəm ki, mənim oğlum subaydır ona dul qız ala bilmərəm. O qızın 34 yaşı var. Neçə ildir mənim oğlumdan istifadə edir. Son hadisə zamanı da oğlumu qızın atası çağırdı ki, gəl kişi kimi söhbət edək. Oğlum söhbət zamanı bildirib ki, artıq hər şey qutarıb. Qızın atası da deyib ki, gəl gedək bizə, bunu qızıma de. Əliəhədi aparıb başına bu oyunu açıblar”. 

S.Eyvazova iddia edir ki, oğlunu balta ilə öldürmək istəyiblər.

Ətraflı süjeti təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top