Myanmada polis ordunun "vur" əmrini yerinə yetirmədi


Myanmada bəzi polislər ordunun əmrini yerinə yetirməkdən imtina edir.
Yeniavaz.com
“reuters”ə istinadla xəbər verir ki, Myanmada 27 yaşlı polis və bir neçə həmkarı ordunun etirazçıları “vur” əmrini yerinə yetirməkdən imtina edib. İstefa verən həmin gənc Hindistana qaçıb. “Reuters”ə açıqlama verən keçmiş polis,  “seçimim yox idi, çünki, qiyamçı ordu etirazçılara atəş açmağı əmr edirdi”-deyə bildirib. 
Qeyd edək ki, Myanmada fevralın 1-də ordu çevriliş edərək hakimiyyəti ələ keçirib. Bu hadisədən sonra xalq qiyamçılara qarşı etiraz aksiyası keçirməyə başlayıb. Ölkədə nazirliklərdə daxil olmaqla çox sayda dövlət orqanları, iş yerləri ümumxalq tətilinə qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top