Bakıda COVID-19-un ən geniş yayıldığı ərazi məlum olub


Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi məlum olub.

Yeniavaz.com xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, bu rəqəm Binəqədidə 15% təşkil edir.

Sonrakı yerlərdə 13,1%-lə Xətai, 12,1%-lə Yasamal, 10,8%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,8%-lə Nəsimi, 7%-lə Nizami, 6,9%-lə Xəzər, 5,2%-lə Qaradağ, 5,1%-lə Səbail, 0,5 % ilə Pirallahı qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top