Paşinyan Ermənistan ordusunun baş qərargah rəisi barədə açıqlama yaydı


Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın işdən çıxarıldığı bildirilib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qasparyanın artıq vəzifəsindən uzaqlaşdırıldığını bildirib:
“Prezident Armen Sarkisyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi haqqında fərman layihəsini imzalamayıb, Konstitusiya Məhkəməsində etiraz etməyib. Silahlı Qüvvələrin Baş Qərargahı Onik Qasparyan qanuna uyğun olaraq vəzifəsindən azad edilib”.
Bu barədə məlumat Ermənistan prezidentinin mətbuat xidməti tərəfindən verilib. 

DİGƏR XƏBƏRLƏR

Top