Bakıda şagirdlərin intiharı ilə bağlı cinayət işi başlanıldı


Bakıda şagirdlərin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Yeniavaz.com xəbər verir ki, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirillir.

Qeyd edək ki, hadisə ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, iki məktəbli qız - 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı birgə doqquzmərtəbəli binanın damından özlərini ataraq intihar edib.

Qızların Abşeronda eyni sinifdə oxuduqları və rəfiqə olduqları bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top