Pekin rəhbərliyi 2017-ci ildə havanın çirklənməsi ilə mübarizə aparmaq məqsədilə 18,22 milyarda yuan (2,64 milyard dollar) xərcləməyi planlaşdırır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Pekin maliyyə bürosunun rəhbəri Li İntszin deyib. Şəhər rəhbərliyi ekoloji inşaatı inkişaf etdirmək, enerji resurslara qənaət etmək və atmosferə tullantıları azaltmağı düşünür. Müqayisə üçün, 2016-cı ildə Pekin hakimiyyəti ətraf mühitin çirklənməsi ilə mübarizəyə 2,5 milyarda yaxın vəsait xərcləmişdi. Bununla da Pekin hakimiyyəti bu il havada PM2.5 zərərli hissəciklərin orta illik konsentrasiyasını 1 kubmetrə 60 mikroqram həddinə çatdırmağı planlaşdırır. Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi təhlükəsizlik səviyyəsi 1 kubmetrə 25 mikroqramdır.