Yerevanda müxalifətçilər parlamentin binası qarşısında toplaşıb


Ermənistanın paytaxtı Yerevanın Derenik Demirçyan küçəsində müxalifətin bir qrup tərəfdarı parlamentin binası qarşısında toplaşıb.

Qeyd edilir ki, polis kordonu Ermənistan parlamentinə aparan küçəni və xidməti girişi bloklayıb. Hələlik asayiş keşikçiləri ilə müxalifətçilər arasında toqquşmalar baş verməyib.

Etirazçılar aksiyanın keçirildiyi yerlərdə bir neçə tonqal qalayıb. Paşinyanın əleyhdarları arabir "Nikol davaçan” (“Satqın Nikol"- red) deyə qışqırır, əl çalırlar.

Məlumata görə, yaxınlıqdakı küçələrdə nəqliyyatın hərəkəti tam dayandırılıb.

Daha əvvəl müxalifətin "Vətənin qurtuluşu Hərəkatı"nın liderlərindən biri Vazgen Manukyan tərəfdarlarını deputatları içəri buraxmamaq üçün parlamentin bütün girişlərini bloklamağa çağırıb. O, həmçinin müxalifətçiləri parlament binası qarşısında çadırlar qurmağa səsləyib.//report

DİGƏR XƏBƏRLƏR

Top