Təhsil naziri intihar edən məktəblilərdən yazdı

Təhsil naziri Emin Əmrullayev intihar edən məktəblilərlə bağlı paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, nazir sosial şəbəkə hesabında hadisədən kədərləndiyini bildirib:

“Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”

Xatırladaq ki, bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top