Peskov: “Əsəd və xanımını koronavirusa qarşı müalicə edə bilərik”


Kreml sözçüsü Dmitri Peskov Suriya prezidenti Bəşər Əsəd və həyat yoldaşının koronavirusa yoluxması barədə danışıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir Peskov açıqlamasında koronavirusa yoluxan Bəşər Əsəd və xanımına yardım edə biləcəklərini bildirib:
“Rus mütəxəssislər böyük təcrübəyə sahibdirlər. Şübhə etmirəm ki, müraciət olarsa prezident Vladimir Putin, əlbəttə ki, onları nəzərdən keçirəcəkdir. Prezident Əsəd və həyat yoldaşının bu xəstəlikdən tezliklə sağalacağını ümid edirəm”.


 

DİGƏR XƏBƏRLƏR

Top