Buğda 3 il müddətinə vergidən azad edildi


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vergi Məcəlləsində bir sıra dəyişikliklər edib.

Dəyişikliklə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha üç il vergidən azad edilib.

Qeyd edək ki, sözügedən məhsullar 2017-ci ilin yanvarın 1-dən dörd il müddətinə vergidən azad olunmuşdu.

Bundan başqa, dəyişiklik kəpəyin istehsalı və satışına da şamil olunub. Bu məhsul 2019-cu ilin martın 1-dən iki il müddətinə vergidən azad edilmişdi. Hazırkı dəyişikliklə bu müddət daha üç il uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top