Karlov cinayətinə görə 5 nəfərə ömürlük həbs cəzası verildi


Türkiyədə öldürülən keçmiş Rusiya səfiri Andrey Karlov cinayətinə görə hökm oxunub.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətlinə görə, beş nəfərə ömürlük həbs cəzası verilib. Məhkəmə Salih Yılmaz adlı şəxsi Mevlut Mert Altıntaşa Karlovu öldürmə əmri verməkdə günahlandırıb. Şahin Segut adlı şəxsin isə cinayətin əlaqələndirici olduğu bildirilib.
Cinayətlə əlaqəsi olan bir neçə şəxsə isə 9 ilədək həbs cəzası verilib.

 

DİGƏR XƏBƏRLƏR

Top