İctimai nəqliyyatda yeni tarif mexanizmi tətbiq olunacaq


Mütərəqqi beynəlxalq təcrübə nəzərə alınaraq, bu sahədə yeni tarif mexanizminin tətbiqi üçün ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı hazırlıq işləri görülür.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında qeyd olunub.

Bildirilir ki, ölkəmizdə ictimai nəqliyyatda (şəhər və rayonlarda müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus nəqliyyatında) sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən vahid standart tariflərin tətbiqi siyasəti nəzərə alınmaqla həyata keçirilir.

Xatırladaq ki, hazırda avtobus və metro daşınması xidmətlərinin qiymətini Tarif Şurası müəyyən edir.

DİGƏR XƏBƏRLƏR

Top