Ötən il Azərbaycanda 18 xəstəyə böyrək köçürülüb.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında yazılıb.
Verilən məlumatlara görə, daha 14 xəstənin əməliyyat vaxtı təyin edilib.
Hesabatda həmçinin qeyd olunub ki, Azərbaycanda 689 süni böyrək cihazı ilə təchiz edilən 45 hemodializ mərkəzi mövcuddur.