Kəşfiyyat: Rusiya ABŞ-Aİ birliyini qəsdən pozur

Rusiya ABŞ və Avropa İttifaqının (Aİ) birliyini qəsdən pozur. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Federal Kəşfiyyat Xidməti və Konstitusiyanın Mühafizəsi Qurumunun ölkə hökumətinə təqdim etdiyi məruzədə deyilir. Məruzədə deyilir ki, rəsmi Moskva Qərb ölkələrinin daxilində də ziddiyətləri kəskinləşdirməyə çalışır. Hökumət xüsusi xidmət orqanlarına son zamanlar rusiyalı hakerlərlə bağlı yayılan xəbərlər fonunda Rusiyanın fəallığını təhlil etməyi tapşırıb. Məruzədə qeyd edilir ki, bir neçə ildir Aİ ölkələrində Rusiyanın təsiri müşahidə edilir: “Moskva xüsusilə Qərb ölkələrində sosial münaqişələri qəsdən kəskinləşdirməyə çalışır. Rusiya, həmçinin ABŞ ilə sıx ittifaq ideyasını şübhə altına almağa çalışır”.

DİGƏR XƏBƏRLƏR

Top