Bakıda intihar edən yeniyetmə qızların kimliyi bilindi - YENİLƏNİB

Bakıda intihar edən iki yeniyetmə qızın kimliyi məlum olub. 

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, intihar edənlər Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızıdır. 

Qeyd edilib ki, hər ikisi 2004-cü il təvəllüdlüdür və Qobu qeydiyyatındadır.


*17:20
Bakıda dəhşətli hadisə baş verib.

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.
İlkin məlumata görə, qızlardan birinin 16, digərinin isə 17 yaşı var.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Hazırda ölənlərin kimliyi araşdırılır. (apa)

 

DİGƏR XƏBƏRLƏR

Top